Rusiya ölkədən taxıl ixracını iyulun 1-dək dayandırıb.
Eləcə də bax: Rusiya vətəndaşlığının alınması asanlaşdı - YENİ QANUN
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Taxıl ixracına qadağaya əsasən iyulun 1-nə qədər xarici ölkələrə buğda, çovdar, meslin (buğda və çovdar qarışığı), arpa və qarğıdalının ixracını dayandırılıb.
Amma bu qadağa Avrasiya İqtisadi İttifaqı ölkələrinə aid deyil. Bu ittifaqa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.
Rusiya bu addımı taxılın qiymətini stabilləşdirmək, ölkənin daxili tələbatını təmin etmək üçün atdığını açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, aprelin 1-də elan edilmiş 7 milyon ton həcmində ixrac kvotası aprelin 26-dək yerinə yetirilib və taxılın ixracı bir də iyulun 1-dən başlayacaq.