Rusiyanın baş naziri Mixail Mişustin müəyyən növ məhsullar üçün Rusiyaya paralel mal idxalına icazə verən sənəd imzalayıb. Ehtimal olunur ki, bu cür məhsulların idxalı məhsulun müəllif hüquqları sahibi, istehsalçısı və ya dilerindən icazə alınmadan həyata keçirilə bilər.
Eləcə də bax: Rusiya yükdaşımaların yeni üsullarını - ARAŞDIRIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, malların siyahısı Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən müəyyən ediləcək.
“İmzalanmış digər sənəd paralel idxal deyilənlərlə bağlıdır. Mexanizmin məqsədi intellektual fəaliyyətin nəticələrini ehtiva edən mallara olan tələbatı ödəməkdir. İndiyədək onların müəllif hüquqları sahibinin icazəsi olmadan ölkəmiz ərazisində satışı mümkün deyildi”, – mesajda bildirilib.
Sənaye və Ticarət Nazirliyində qeyd edildiyi kimi, siyahıya “istehlak bazarını doldurmaq üçün zəruri olan” məhsullar daxil ediləcək.