2022-ci ilin 11 ayının nəticələrinə görə, Rusiyadan mal ixracı 538 milyard dollar təşkil edib, neytral və dost ölkələrin Rusiya ixracındakı payı 42 faizdən 65 faizə yüksəlib.
FED.az xəbər verir ki, bu barədə cümə günü RBC İqtisadi İnkişaf Nazirliyinin 2022-ci ilin yekunlarına dair təqdimatına istinadən məlumat yayıb.
Rusiya gündəlik neft hasilatını - 500 MİN BAREL AZALDIR
Məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiyadan mal ixracı pul ifadəsində 2021-ci ilin yanvar-noyabr ayları üzrə ixrac həcmini 23,4% üstələyib. Eyni zamanda, Rusiyaya idxal 12,7% azalaraq 230 milyard dollar təşkil edib. Qeyd edilib ki, Rusiyanın xarici ticarət dövriyyəsi 11 ay ərzində təxminən 10% artaraq 768 milyard dollar təşkil edib.
Xəbərdə bildirilir ki, 2022-ci ilin sonunda Rusiyadan ixracda qeyri-dost ölkələrin iqtisadiyyatlarının payı 35%-ə enib, ilin əvvəlində isə bu, 58% idi. Rusiya ixracatında neytral və dost ölkələrin payı 65%-ə yüksəlib, son 11 ayda belə ölkələrə ixrac 350 milyard dollar təşkil edib. (Marja)