Rusiyanın “Ural Aqrosənaye Qrupu”nun “Standart” Kurqan ət emalı zavodu Azərbaycana konservləşdirilmiş mal əti tədarükünə başlayıb.
Azərbaycanda mal əti 10-12% bahalaşıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, artıq istehsalçı 20 tondan çox məhsul ixrac edib.
Məhsullar Azərbaycanda mindən çox nöqtəsi olan böyük pərakəndə satış şəbəkəsinə tədarük ediləcək. Bununla yanaşı, Azərbaycana halal məhsullar da ixrac olunacaq. (Azərbaycan iqtisadiyyatı)