Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının (ümumi daxili məhsulunun) artım məlumatlarını açıqlayıb.
Rusiyanın ən varlı iş adamlarının sərvəti - 32 MİLYARD DOLLAR ARTIB
FED.az xəbər verir ki, Rusiya iqtisadiyyatının iyun ayında 5,3% artdığı bildirilən açıqlamada, ilin ilk yarısında (yanavr-iyun) illik 1,4% artım qeydə alındığı açıqlanıb.
Ümumi daxili məhsul (ÜDM) 2023-cü ilin may ayında 5,4% artdıqdan sonra iyun ayında illik müqayisədə 5,3% artıb. Eyni zamanda, mövsümi faktor nəzərə alınmadan, artım cəmi 0,04% təşkil edib.
2023-cü ilin ikinci rübündə Rusiyanın ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb. ÜDM birinci rübdə 1,8% azalmışdı.
Açıqlamada, sənaye istehsalının ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artdığı, iyun ayında inflyasiyanın illik müqayisədə 3,6% olaraq qeyd alındığı bildirilib.
Rusiya Federasiyasının sosial-iqtisadi inkişafı üzrə yenilənmiş proqnoza əsasən, Rusiyanın ÜDM-in artımının bu il 1,2%, 2024-cü ildə isə 2% olacağı gözlənilir. Rusiyada bu il inflyasiya 5,3% səviyyəsində proqnozlaşdırılır.
Rusiya Mərkəzi Bankının hesablamalarına görə, ötən il 2,1 faiz azalmış Rusiya iqtisadiyyatının bu il 2 faiz civarında artması gözlənilir. (Marja)