Rusiya iqtisadiyyatının bu ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən 1,6% artdığı bildirilib.
FED.az xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyindən verilən yazılı açıqlamada, ölkə iqtisadiyyatının sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artdığı qeyd olunub.
Rusiya iqtisadiyyatında inkişafın üçüncü rübdə isə bir əvvəlki rübə nisbətən 1,9%-dən 1,3%-ə gerilədiyi qeyd edilən açıqlamada, iqtisadiyyatın bu ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən 1,6% artdığı bildirilib.
Açıqlamada, üçüncü rübdə inkişafda ləngimənin, kənd təsərrüfatı istehsalında baş verən azalma səbəbilə baş verdiyi məlumatına yer verilib.
Rusiya iqtisadiyyatı iki illik durğunluqdansonra 2017-də 1,5 faiz artmışdı.