Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postu yaxın vaxtlarda istifadəyə veriləcək.
Eləcə də bax: Prezident Rusiya ilə gömrük sahəsində - Protokolu Təsdiqlədi
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
Komitənin sədri edib ki, hazırda bu gömrük postunda tikinti işləri davam etdirilir və o bu gün burada aparılan yenidənqurma işləri ilə tanış olub.
"Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək", - S. Mehdiyev əlavə edib. (Apa)