“İŞİD necə təhlükədirsə, YPG və PKK da eyni cür təhlküədir”.
FED.az “Ensonhaber.com”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:
“Hazırda ticarət dövriyyəmiz 26 milyard dollardır. Bu rəqəmi 100 milyard dollara çatdırmağı planlaşdırırıq”.
2019-cu ili Rusiya ilə qarşılıqlı “Mədəniyyət və Turizm İli” elan etdiklərini xatırladan Ərdoğan qeyd edib ki, il ərzində bu istiqamətdə müxtəlif layihələr icra ediləcək.
Suriyadakı proseslərdən də danışan Türkiyə prezidenti deyib ki, görüşdə Suriyanın ərazi bütövlüyünü təhdid edən bütün birləşmələrə qarşı mübarizəyə davam ediləcəyi müzakirə olunub.