Rusiya hökuməti ərzaqlıq yumurtaya idxal rüsumunun sıfırlanmasını təsdiqləyib.
Rusiyada yumurta 40% bahalaşdı – BİRİ 12-20 RUBLA SATILIR – TƏK-TƏK SATIRLAR
FED.az xəbər verir ki, bu barədə “İzvestiya” xəbər verir.
Qeyd olunur ki, tədbir 2024-cü il yanvarın 1-dən 2024-cü il iyunun 30-dək qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra tədarükçülər 1,2 milyarddan çox yumurta idxal edə biləcəklər. Nəşr vurğulayır ki, üstünlük dost ölkələrdən olan ixracatçılara veriləcək.
İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, hazırda idxal rüsumu məhsulların maya dəyərinin təxminən 15%-ni təşkil edir.
"Bu qərar qısa müddətdə ərzaq yumurtası üçün daxili bazarı tarazlaşdırmağa və tədarükün artımını təmin etməyə kömək edəcək. İdxal dost ölkələrdən həyata keçirilə bilər. Təşəbbüs artıq Avrasiya İqtisadi Komissiyası tərəfindən dəstəklənib", - Nazirlikdən bildirilib
Xəbərdə deyilir ki, bu tədbir yumurtanın qiymətlərini aşağı salacaq.
Son bir ildə Rusiyada yumurta təxminən 40% bahalaşıb.
Bundan əvvəl Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini Nadejda Şkolkina bildirmişdi ki, Rusiyada yumurtanın qiymətiyeni ildən sonra sabitləşəcək, lakin çətin ki, əvvəlki səviyyəyə qayıdacaq. (Marja)