Gələn ilin yanvarın 1-dən Rusiyadan günəbaxan yağının 1 tonu üçün ixrac rüsumu 2021-ci ilin dekabrında 276,7 ABŞ dollarına qarşı 280,8 dollara yüksələcək.
Eləcə də bax: Bitki yağının qiymətləri rekord səviyyəyə - ÇATIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında deyilir.
Rüsum bir ton məhsul üçün 1 401,2 dollar məbləğində olan indikativ qiymətə əsasən hesablanıb.
Rusiya Federasiyası hökumətinin aprel ayında qəbul etdiyi qərara əsasən, günəbaxan yağına 2021-ci il sentyabrın 1-dən 2022-ci il avqustun 31-dək 70%-lik üzən ixrac rüsumu tətbiq edilir. Tənzimləmə əmsalının dəyərinə (tonuna 50 dollar) azaldılmış əsas qiymətlə (ton üçün 1 000 dollar) göstərici qiymət (ay üçün bazar qiymətlərinin orta arifmetik dəyəri) arasındakı fərqdən tutulur. İndikativ qiymətin müəyyən edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə bazarı daim nəzarətdə saxlamaq tapşırılıb. Rüsumun məbləği barədə məlumat operativ şəkildə dövlət orqanlarının internet saytlarında yerləşdiriləcək.
Qərar Rusiyadan Avrasiya İqtisadi İttifaqı ölkələrinin hüdudlarından kənara ixrac edilən məhsullara şamil edilir. Hökumətin fikrincə, bu, ixracın həcmini tənzimləməyə və bazar iştirakçılarını yüksək əlavə dəyərə malik kənd təsərrüfatı məhsullarının ixracına yönləndirməyə kömək edəcək.