Rusiya hökuməti mineral gübrələrin ixracı üçün kvotaları 2024-cü il mayın 31-dək uzadıb.
Azərbaycanın xaricə satdığı gübrə - 3 DƏFƏDƏN ÇOX UCUZLAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Qərar daxili bazarda kifayət qədər miqdarda gübrə saxlamaq məqsədi daşıyır.
Ümumi ixrac kvotası təxminən 17 milyon ton, o cümlədən azot gübrələri üzrə 9,8 milyon ton, kompleks gübrələr üzrə isə 7,1 milyon tondan çox olacaq.
Həcmlərin ixracatçılar arasında bölüşdürülməsi Sənaye və Ticarət Nazirliyinə həvalə edilib, qurum noyabrın 27-dək paylanmasını təmin etməlidir. (Report)