Azərbaycandan Rusiyaya 2 partiyada 36 ton təzə moruğun ixracının qarşısı alınıb.
AQTA Rusiyaya göndərilən pomidor və çiyələyin geri qaytarılmasının səbəbini - AÇIQLAYIB
FED.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, Azərbaycandan gətirilmiş məhsulu Rusiyanın karantin fitosanitar tələbləri pozulduğuna görə, iki ölkənin sərhədində “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları saxlayıb.
Yoxlamalar zamanı etiket məlumatı ilə fitosanitar sertifikat arasında uyğunsuzluq müəyyənləşdirilib. Məhsulları daşıyan yük maşınları Azərbaycana geri qaytarılıb.
Təqsirkarlar barədə Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2-ci “Karantin altında olan məhsulların (karantin materialı, karantin yükü) idxalı və ixracı qaydalarının pozulması” maddəsi ilə inzibati iş başlanılıb. (Report)