Rusiya 1 Yanvar 2016-dan Türkiyədən pomidor idxalını qadağan etmişdi.
Bu səbəbindən yeni bazarlar axtaran Türkiyənin aqrar sektoru, bu il ən çox pomidoru Belarusa ixrac etməyə başlayıb. Təkcə Antaliyadan 10 aylıq dövrdə keçən illə müqayisədə 26 faiz artımla 92 milyon dollarlıq pomidor ixracının 20.5 milyon dollarlıq hissəsi Belarusa ixrac edilib.
Türkiyənin ən çox pomidor satdığı digər ölkələr Rumıniya, Bolqarıstan və Ukraynadır.
Bundan başqa Moldova 40 faiz, Makedoniya 312%, Niderland 398%, Litva 212%, Səudiyyə Ərəbistanı 44%, Latviya 292%, Avstriya 126 faiz, Albaniya 391 faiz, Macarıstan 1693 faiz, Birləşmiş Ərəb Əmirlikləri 83 faiz, Birləşmiş Krallıq (İngiltərə) 1369%, Danimarka 167%, İsveçrə 474%, Yunanıstan 54%, İsveç 562%, Norveç 111 faiz kimi rekord səviyyələrdə pomidor alşını artıran ölkələr olub.
Rusiya qadağanı 1 Noyabr 2017-dən qismən qaldırıb. Cəmi 50 min ton olmaqla 2-si Antalya, 1-i İzmirdən üç şirkətə verilən icazədən bir həftə keçməsinə baxmayaraq, bu 3 şirkət Rusiyaya pomidor ixrac edə bilməyib.