Moskva Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağına ümid edir.
RİA Novosti-nin yaydığı məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavav Zəriflə görüşündə deyib.
Bundan əvvəl rəsmi Moskva bəyan etmişdi ki, 2017-ci ilin əvvəlində Konvensiyanın imzalanacağını real hesab edir.
Qeyd edək ki, Xəzəryanı ölkələrin 5-ci sammiti gələn il Astanada keçiriləcək.