"Azərbaycan iqtisadiyyatının deviersifikasiyası öz bəhrəsini verib". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, 2010-cu ildən bəri ölkədə qeyri-neft sektounda ÜDM istehsalı ikiqat artıb. "Qısa müddətdə görülən tədbirlər nəticəsində ölkədə əhalinin rifah halı yaxşılaşıb. Ölkədə görülən tədbirlər nəticəsində Azərbaycan aşağı gəlirlər ölkəsindən, orta gəlirli ölkələr sırasına daxil olub. Statistikaya əsasən, Azərbaycanda orta gəlirli əhalinin sayı 29%-ə yaxınlaşıb".
R. Aslanlı bildirib ki, 2014-cü ildə dünya iqtisadiyyatında baş verən proseslər bir daha göstərib ki, Azərbaycanın post-neft iqtisadiyyatının qurulması istiqamətində tədbirləri mühüm əhəmiyyət kəsb edir: "Biz 2016-ci ili biz post-neft iqtisadiyyatının qurulması ili adlandıra bilərik".