Rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları dəqiqləşdirilir.
Azərbaycanda 9 ayda haqsız rəqabətə yol verən 13 bazar subyekti cərimələnib
FED.az xəbər verir ki, bu, Rəqabət Məcəlləsinə üçüncü oxunuşda təklif edilən düzəlişlərdə əksini tapıb.
Layihəyə əsasən, nisbətən yüksək bazar gücü ilə bağlı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək. layihənin əvvəlki versiyasında bu qanun pozuntusu nisbi hökmran mövqe kimi verilmişdi. (Apa)