Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
"Bu, antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq"
FED.azı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.
Xidmət rəisi bildirib ki, bu Qanunla təsdiq edilən Rəqabət Məcəlləsi subyektlərinin səmərəli fəaliyyətinə geniş imkanlar yaradacaq, ədalətli və azad mühitinin qorunmasına, məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcək.
“Bununla, bütövlükdə bazar subyektlərinin rəqabət qanunvericiliyinə zidd hərəkətləri ilə effektiv mübarizə aparmaq və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərini operativ qiymətləndirmək mümkün olacaq”, - M.Abbasbəyli əlavə edib.