2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq (nominal ifadədə) 7,8 milyard manat təşkil edib.
İqtisadiyyat Nazirliyi: Ötən il ÜDM-in real artım tempi proqnoza qarşı az olub
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18% artaraq 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.
Qeyd edək ki, bu ilin üç ayında regionlar üzrə investisiyaların 68,6 %-i və ya 1 milyard 167 milyon 617 min manatı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.