İspaniyanın "Real Madrid" klubu dünyanın ən bahalı futbol brendi sayılıb.
FED.az xəbər verir ki, "Brand Finance" nəşrinin məlumatına görə, klubun dəyəri 27 faiz artaraq 1,646 milyard avro təşkil edib. Bu göstəricidə paytaxt təmsilçisi İngiltərə "Mançester Yunayted"ini də arxada qoyub. "Qırmızı şeytanlar"ın dəyəri 5,8 faiz düşərək, 1,472 milyard avro təşkil edib.
Üçüncü yeri isə 1,393 milyard avro göstərici ilə "Barselona" tutub.