"Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib".
FED.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
R. Mehdiyev deyib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınıb: "Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".