2021-ci ilin dövlət büdcəsində Azərbaycanın Xankəndi, Xocalı və Xocavənd rayonlarının adlarının çəkilməsi təklif edilib.
Eləcə də bax: Elman Rüstəmov: “Əminik ki, manatın bütün ərazimizdə işləməsi təmin olunacaq”
FED.az xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.
O deyib ki, Azərbaycanda fəal əhalinin 3-dən 1-nin əmək müqaviləsi var: “Ona görə də işsizliyin yeni meyarının hazırlanmasına ehtiyac var”. (Report)