"Azərbaycanın iqtisadi təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları 53 milyard ABŞ dollarına çatıb".
Eləcə də bax: Azərbaycanın ortamüddətli sosial-iqtisadi inkişafına dair - SƏNƏD HAZIRLANIR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda nazir Mikayıl Cabbarov bildirib.
"Bu, ölkənin ötən ilki ümumu daxili məhsulunun (ÜDM) dəyərinin 90,6%-ni təşkil edir, idxalı 4,6 dəfə üstələyir, iqtisadi müstəqillik üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə o, əlavə edib.
Nazir həmçinin deyib ki, ölkənin sənayeləşməsi istiqamətində verilmiş qərarlar, sənaye zonalarının yaradılması ilkin nəticələrini göstərməkdədir: "Ötən il əlavə dəyər qeyri-neft sənayesində 1,8%, o cümlədən qeyri-neft emalı sənayesində 22%-ə yaxın artıb. Qeyri-neft sənayesində ÜDM-in ölkə ÜDM-ində xüsusi çəkisinin artması bizim strateji hədəfimiz olaraq qalır və növbəti illərdə də biz bu indikatorları izləməkdə davam edəcəyik”. (Report)