Türkiyə hakimiyyəti ölkə iqtisadiyyatında artımın uzunmüddətli, möhkəm və keyfiyyətli struktura nail olmasına cəhd edir.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini - Sabit Saxlayıb
"İqtisadi artım Türkiyəni dəyişən qlobal dəyər zəncirində əhəmiyyətli oyunçu halına gətirəcək", - Türkiyə lideri deyib.
Dövlət başçısı bildirib ki, ötən ilin yanvar-oktyabrı ərzində dünya ixracatında ölkənin payı ilk dəfə 1 faizi ötərək 1,03 faiz olub.
Prezident həmçinin qeyd edib ki, türk şirkətləri məhsulun keyfiyyəti, rəqabətə davamlı qiymətləri və etibarlılıqları ilə fərqlənirlər.
Ölkə hökuməti iqtisadi islahatlar proqramının hazırlığı üzrə intensiv iş aparıb. "Tezliklə hərtərəfli islahatlar paketi ictimaiyyətə təqdim ediləcək, - Ərdoğan deyib.
Prezidentin sözlərinə görə, pandemiyaya baxmayaraq, 2020-ci ildə Türkiyədə yaradılmış şirkətlərin sayı 20 faiz artaraq 101 318-ə çatıb. (Report)