Silahlı Qüvvələrə Yardım Fonduna edilən ianələrin 54%-i özəl sektor tərəfində həyata keçirilib.
Eləcə də bax: "İllik gəliri 60 min manatdan çox olan şəxslər onun 2-3%-ni “YAŞAT” fonduna köçürsün"
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib.
Nazir əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin 15,94%-i özəl sektorun payına düşüb.
M. Cabbarov onu da qeyd edib ki, hazırda Azərbaycan qarşısında duran məsələlər işğaldan azad edilmiş torpaqlarda iqtisadi infrastrukturun yaradılması, yaşayışın təmin edilməsi və COVID-19 pandemiyasına qalib gəlməkdir.
Qeyd edək ki, "Azərbaycanda Xarici Biznes 2020" hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır. (APA)