Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrell (Cozep Borrel) hesab edir ki, Rusiya Federasiyasına qarşı sanksiyalar onun "İsgəndər" istehsal etməsinə və neft hasilatına mane olur.
Eləcə də bax: Britaniya Rusiyanın ikinci ən zəngin adamına sanksiya - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, "Sanksiyaların tətbiqindən sonra, həlledici olan hərbi sahədən danışsaq, Rusiyanın "İskəndər" və "X-101" kimi dəqiq idarə olunan raketlər istehsal etmək imkanları məhduddur", - Aİ-nin xarici xidmətinin rəhbəri "Yomiuri" qəzeti üçün məqaləsində bildirib.
“Neft hasilatı sahəsində təkcə xarici şirkətlər getmir, həm də üfüqi qazma kimi qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı çətin vəziyyət yaranıb”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Rusiya şirkətlərinin yeni yataqların istismara verilməsi imkanları məhduddur.
Borrell digər məsələlərlə yanaşı, avtomobil bazarında və aviasiya sahəsindəki problemləri də qeyd edib. O, sanksiyaların Qərb texnologiyasından asılı olan Rusiya iqtisadiyyatına mənfi təsir etdiyini vurğulayıb.
Josep Borrell qeyd edib ki, Aİ Rusiya ilə müharibə etmək niyyətində deyil və Ukraynaya hücuma əsas cavab sanksiyalar olacaq, onun təsiri daha da artacaq. (Marja)