İstehlakçı hüquqlarının müdafiəsi dövlət özəl tərəfdaşlığının genişləndirilməsi və maarifləndirmə işləri nəticəsində təmin olunmuş müraciətlər üzrə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılmış məbləğ 2022-ci illə müqayisədə 83% artıb.
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında məlumat verib.
2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi üzrə 2022-ci illə müqayisədə təmin olunan müraciətlərdə 26,6% artım qeydə alınmışdır.
İl ərzində 4 əsas bazar araşdırmaları aparılıb:
1) dərman vasitələri bazarında
2) kənd təsərrüfatı bazarı
3) kargo bazarı
4) internet xidmətləri bazarı
Birləşmə (qovuşma) və səhmlərin (payların) alqı-satqısı ilə əlaqədar baxılmış müraciətlər 2022-ci ildə 13 ədəd olub, 2023-cü ildə isə bu say 2 dəfədən çox artaraq 31-ə çatıb.