"Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir".
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, ötən il bu platformada 949 milyon manat həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb.
Xatırladaq ki, ötən ilin 30 iyun tarixində İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platformasını (e-edf.gov.az) təqdim edib.
Qeyd edilirdi ki, platformaya 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib.(Report)