"ABŞ-ın mümkün yeni iqtisadi sanksiyaları, o cümlədən Rusiyanı SWIFT-dən çıxarması reallıqdan daha çox fantaziya kimi görünür, dünya iqtisadiyyatı buna dözməyəcək".
Eləcə də bax: KİV: "Ukrayna ABŞ-dan hərbi kömək istəyib"
FED.az xəbər verir ki, bu fikri TASS-ın müxbirinə müsahibəsində Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
“SWIFT ilə əlaqəni kəsməyə gəldikdə, bu, tamamilə fantaziyadır. Dünya iqtisadiyyatı, dünya ödəniş-maliyyə sistemi var, buna dözməyəcək, çünki Rusiya nəhəng ölkədir, bir çox başqa dövlətlərin böyük tərəfdaşıdır. Təsəvvür edə bilmirəm ki, məsələn, almanlar Rusiyadan aldıqları qazın pulunu necə ödəyəcəklər?! Başqa necə ödəmək olar? İstər nağd, istərsə də bank vasitəsilə. Bütün bunlar fantaziyadır”, - Vladimir Cabarov bildirib.
O hesab edir ki, bu cür sanksiyaların tətbiqi Rusiya kimi ölkə üçün heç nəyi təhdid etmir: “Cəhənnəm sanksiyalarına gəlincə, elə bir sanksiya yoxdur ki, ona qarşı oxşar cavab sanksiyaları tapmaq mümkün olmasın. Düşünürəm ki, bunu həm amerikalılar, həm də avropalılar bilir. Ümid edirəm ki, qaynar başlar bir az soyuyacaq və bir-biri ilə razılığa gəlmək üçün yollar axtarmağa başlayacaq”.
Parlamentari hesab edir ki, yeni mümkün sanksiyalarla bağlı xəbərlər Rusiya və ABŞ liderləri arasında gözlənilən danışıqlarla bağlıdır, lakin bu danışıqların nəticələrinə heç bir şəkildə təsir etməyəcək:
“Rusiyaya gəlincə, bizim Prezidentin mövqeyi qətidir, həmişə öz xəttinə sadiq qalır". (Marja)