İlkin məlumata görə, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 2022-ci ildə 2,5% azalıb.
Rusiyada növbəti prezident seçkiləri - Putinin iştirakı ilə keçiriləcək
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.
"İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiyanın ÜDM-i cəmi 2,1% azalıb. Bəzi ekspertlər 10%, 15% və hətta 20% azalma proqnozlaşdırırdılar. İlkin məlumata görə, 2022-ci ildə Ruiya iqtisadiyyatı 2,5% azalıb”.
Prezident əlavə edib ki, artıq ötən ilin üçüncü və dördüncü rübündə iqtisadiyyatda ikinci rübdəki kəskin azalma ilə müqayisədə artım qeydə alınıb. O, müsbət tendensiyanı dəstəkləmək və möhkəmləndirmək barədə tapşırıqlar verib.
Vladimir Putinin sözlərinə görə, 2022-ci ildə ölkədə inflyasiya 11,9% təşkil edib ki, bu da hökumətin proqnozlarından az olub, 2023-cü ilin ikinci rübündə isə bu rəqəm 4%-lik hədəfdən aşağı düşə bilər.
“İnflyasiya vətəndaşların gəlirlərinə birbaşa təsir edir. Bu il biz real əmək haqqının artırılmasında və Rusiya ailələrinin rifahının yaxşılaşdırılmasında nəzərəçarpacaq nəticələr əldə etməliyik”, - deyə Putin bildirib. (Marja)