2008-ci il maliyyə böhranını proqnozlaşdıran iqtisadçı Nouriel Roubini cümə axşamı "Newsweek"ə bildirib ki, qlobal iqtisadiyyat yavaş-yavaş fəlakətə doğru gedir.
Eləcə də bax: FAO: Aclıq və qida çatışmazlığı artmaqda - DAVAM EDİR
FED.az xəbər verir ki, "Dünya iqtisadiyyatı yavaş-yavaş fəlakətə doğru irəliləyir. Biz iqtisadi, maliyyə, sosial, siyasi, geosiyasi, ekoloji və texnoloji təhlükələrin artdığı vəziyyətin şahidi oluruq", - ekspert hesab edir.
Onun sözlərinə görə, dünya dağıdıcı potensiala malik “geosiyasi depressiya”dan keçir.
ABŞ prezidenti Co Baydenin "cüzi tənəzzülün" mümkün olması ilə bağlı son açıqlamalarına baxmayaraq, mütəxəssis hesab edir ki, daha ciddi sarsıntılar gözlənilir. O, qeyd edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ilin sonuna qədər ABŞ və Avropada iqtisadi tənəzzülə səbəb ola bilər.
Sentyabr ayında Federal Ehtiyatlar Sisteminin (mərkəzi banki) rəhbəri Cerom Pauel bildirib ki, ABŞ iqtisadiyyatının sabitləşdirilməsi çətin məsələdir və hakimiyyətin tədbirlərinin böhrana səbəb olub-olmayacağı hələ məlum deyil. (Marja)