Ölkəmizdə iqtisadi sahədə duran başlıca prioritetlərdən biri qeyri-neft iqtisadiyyatının diversifikasiyası və şaxələndirilməsidir.
"Fitch": Enerji qiymətlərinin yüksəlməsi Azərbaycanda iqtisadi artıma töhfə verə bilər
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, nu istiqamətdə uzun illərdir məqsədyönlü addımlar atılır və bunlar öz nəticəsini verir:
"Qeyd eləmək istəyirəm ki, ötən il ümumi daxili məhsulda (ÜDM) qeyri-neft-qaz sektorunun payı 71,5% olub. Hazırda Azərbaycanda fəaliyyət göstərən minlərlə xarici kapitallı şirkət ölkəmizə müasir korporativ idarəetməni, eyni zamanda texnologiya, bilik və qabaqcıl təcrübələrin transferini stimullaşdırır. Tüm bu nailiyyətlər ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri, subsidiya və real sektora maliyyə dəstəyi, eləcə də müasir istehsal infrastrukturunun yaradılması ilə təmin olunub. Bu istiqamətdə dövlət dəstək mexanizmləri davamlı olaraq təkmilləşdirilir".














