Vergi daxilolmaları, əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” -
Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda məlumat verib.
O öz çıxışında qeyd edib ki,"2025-ci ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 3,2 milyard manatdan çox olub. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 10,7 faiz çox olub."