“2020-ci il həm dünya həm də Azərbaycan üçün qlobal çağrışlarla olu il oldu. Pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb oldu və onun təsirindən Azərbaycanın ÜDM-si 4,3 % azalıb”.
Eləcə də bax: "Ötən il rekord həddə aksiz daxilolmaları əldə edilib"
FED.az xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun sözlərinə görə, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılmasını öhdəlik olaraq üzərinə götürüb:
“Bu öhdəliyi yerinə yetirmək bəlli iqtisadi itkilər hesabına başa gəlib. 2020-ci il ərzində dövlət başçısının tapşırığı ilə milli iqtisadiyyata və sahibkarlara dəstək verilib. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərildi. 115 milyon manatlıq güzəştli kreditlər verilib”. (Report)