2019-2024-cü illərdə qeyri-neft-qaz ixracının təqribən iki dəfədən çox artması gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları isə 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noyabrınadək 1,6 dəfə artaraq 73 milyard dollara çatıb. Bu da təqribən cari il üzrə gözlənilən ümumi daxili məhsul səviyyəsindədir.
Azərbaycanın qeyri-neft ixracı oktyabrda 23%-dən çox artıb
FED.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
“Neft hasilatının pik həcmi 2010-cu ildə qeydə alınıb – 50,8 milyon ton. 2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton təşkil edirdi. 2018-ci ildə neft hasilatı 38,8 milyon ton, 2021-ci ildə 34,6 milyon ton olmuşdur. 2024-cü ildə isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə “Brent” markalı neftin qiymətinin isə təxminən 80 dollar ətrafında olacağı gözlənilir. 2014-cü ildə “Brent” markalı neftin orta qiyməti 99 dollar idi. Qeyd edilən dövr ərzində dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb”, - deyə nazir əlavə edib. (Azərtac)