Hazırda "Made in Turan" standartlarını dəqiqləşdiririk.
Daha bir məhsul “Made in Turan” nişanı ilə ixrac ediləcək
FED.az xəbər verir ki, bunu “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
O bildirib ki, xüsusi standartlar tətbiq ediləcək.
"Hazırda təmizlik vasitələri, su, liomonadlar və müxtəlif soyuq kofelər standartlara keçidini planlayırıq. Bundan başqa, türk dövlətləri olmayan ölkələr də məhsullarını Turan standartlarına salıb türk ölkələrində məhsullarının satışını həyata keçirsinlər. Türk irsini qorumaq üçün qədim türk qəhrəmanlarının oyuncaqlarını istehsalını planlayırıq. Hazırda istehsal müəsissələrinin qurulmasıynan bağlı çalışdığımız ən aktiv ölkə Türkiyə Qazaxıstandır.
Üzərində "Made in Turan" loqotipi olan məhsulların Almaniya, Amerika, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi ölkələrin bazarlarına çıxarılması ilə bağlı ilkin razılıq əldə olunub", - deyə o qeyd edib. (Trend)