"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ixracatçılara logistika subsidiyasının verilməsi ilə bağlı proseslər son mərhələdədir.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu, ixracatçılara dəstək olacaq.
"Bu il Ağdam Sənaye Parkında fəaliyyət göstərən şirkətlərdən biri ixraca başlayacaq və ona “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanı təqdim ediləcək: “Bu, pilot layihə kimi icra olunacaq - deyə Yusif Abdullayev əlavə edib.