Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətərə səfərindən əvvəl Atatürk Hava limanında mətbuat konfransı keçirib.
Eləcə də bax: Ərdoğan "Türkiye" brendi ilə bağlı - QƏRAR İMZALAYIB
FED.az xəbər verir ki, Ərdoğan hər sahədə məhsulların satışa verilməyərək anbarlarda saxlanıldığını (stokçuluk), bunu edənlərə qarşı cəzaları artıracaqlarını bildirib.
"Hazırda cəzalar çox yüngüldür. Biz cəzaları artırmağı nəzərdə tuturuq.Məhsulları anbarlarda yığıb saxlayanlar əvəzini ağır ödəyəcəklər. Çünki vətəndaşımıza qidada bu cür zülmü edənlərə biz "Buyur yoluna davam et" deyə bilmərik.", Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyədə bir çox şirkətlər qiymətlərin artacağını gözlədiklərindən istehsal və idxal etdikləri məhsulları anbarlarda yığırlar. (Marja)