Bu ilin birinci rübündə "" ölkələrinin iqtisadiyyatı 0,9% artıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ilkin hesabatında deyilir.
Məlumata görə, ötən ilin dördüncü rübündə bölgədə iqtisadi artım 0,7% təşkil edib.
Bu dövrdə Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və İndoneziya yüksək iqtisadi artım templəri nümayiş etdiriblər. Bu ilin birinci rübündə ABŞ-də iqtisadi artım 0,8%-dən 0,3%-ə enib.
Yaponiya və Cənubi Afrika iqtisadiyyatları isə müvafiq olaraq 0,5% və 0,1% kiçilib.
Ən əhəmiyyətli iqtisadi artımı Hindistan (8,4%) və Türkiyə (7,4%) göstərib (İqtisadiyyat.az).