Yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiyanın başlaması və karantin məhdudiyyətlərinin yumşaldılması Türkiyə iqtisadiyyatının artım tempini sürətləndirəcək.
Eləcə də bax: Dünya Bankı: Türkiyə iqtisadiyyatı pandemiyaya rəğmən ötən il - 0,5% Artıb
FED.az xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin direktoru Duqlas Uinslou deyib.
Onun sözlərinə görə, bu, ilin ikinci yarısına yaxın baş verəcək. "Fitch Ratings" 2021-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını proqnozlaşdırır.
Reytinq agentliyinin rəhbəri pandemiya ilinin nəticələrinə görə, ÜDM-in artım tempinin təxminən 0,2% olacağını düşünür: "Türkiyənin real effektiv valyuta məzənnəsi (REER) indeksi məhdudiyyətlər altında 2020-ci ildə 18% enib. Ölkənin artan ixracat üzrə rəqabət qabiliyyəti son illərdə iqtisadiyyatın arxasında duran qüvvələrdən biri olub".
Uinslou reytinq agentliyinin yaxın gələcəkdə Türkiyənin valyuta ehtiyatlarında ciddi artım gözləmədiyini də qeyd edib. (Apa)