"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qlobal ÜDM-in bu il 6,3% artacağını gözləyir. Bu, agentliyin mart proqnozundan 0,2 faiz bəndi çoxdur.
Eləcə də bax: Azərbaycanda iqtisadi vəziyyət məlum oldu - RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, proqnozun yaxşılaşdırılmasının əsas səbəbləri Avropa və ABŞ-da xidmət sektorunun gözləniləndən daha tez bərpası olub.
"Fitch" ABŞ iqtisadiyyatının artımı üzrə proqnozunu 6,2%-dən 6,8%-ə, Avrozona üzrə 4,7%-dən 5%-ə, Böyük Britaniya üzrə isə 5%-dən 6,6%-ə qədər artırıb. Yalnız Yaponiyanın iqtisadi artım üzrə proqnozu pisləşdirilib – 3,6%-dən 2,5%-dək. Çin üzrə ÜDM-in artım proqnozu isə dəyişməz saxlanılıb – 8,4%.
Qeyd edək ki, "Fitch" Rusiya iqtisadiyyatı üzrə proqnozunu 0,4 faiz bəndi yüksəldərək 3,7%-ə çatdırıb, Türkiyə üzrə isə 6,7%-dən 6,3%-dək endirib. (Apa)