"Fitch Group"a daxil olan "Fitch Solutions" (FS) beynəlxalq analitik şirkəti Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanı 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu barədə FSməlumat verir.
Daha əvvəl şirkətin inflyasiya gözləntiləri 2025-ci ildə 6 % və 2026-cı ildə 5,1 % səviyyəsində olub.
FS-in proqnozlarına görə, orta illik inflyasiya 2028-ci ildə 4,8 %, 2029-cu ildə 4,9 %, 2030-cu ildə 4,7 %, 2031-ci ildə 5 %, 2032-ci ildə 4,9 %, 2033-cü ildə 4,8 %, 2034-cü ildə isə 4,9 % təşkil edəcək.
FS-in proqnozlarına əsasən, Azərbaycanda illik inflyasiya 2025-ci ildə 5 %, 2026-cı ildə 4,9 %, 2027-ci ildə 5,3 %, 2028-ci ildə 5,1 %, 2029-cu ildə 3,5%, 2030-cu ildə 2,6 %, 2031-ci ildə 2,4 %, 2032-ci ildə 2 %, 2033-cü ildə 1,5 %, 2034-cü ildə isə 0,8 % təşkil edəcək.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya bu il 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına (oktyabr 2025-ci il) görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.
BMT öz növbəsində Azərbaycanda inflyasiyanı bu il 3,6 %, növbəti ildə isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı Azərbaycanda 2025-2026-cı illərdə orta illik inflyasiyanı 2,3 % səviyyəsində gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildə 4,2 %, 2026-cı ildə 3,5 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliyi "Moody's" Azərbaycanda orta illik inflyasiyanı cari və növbəti illərdə müvafiq olaraq 4 % və 3 % səviyyəsində, "Fitch Ratings" isə 2025-ci ildə 5,3 % və 2026-cı ildə 4,6 % səviyyəsində proqnozlaşdırır. Niderlandın ən böyük bank qrupu olan "ING Group"un 2025-ci il üçün proqnozu 5,8 %, 2026-cı il üçün 5,9 %, 2027-ci il üçün isə 8,9 % təşkil edir.
Qeyd edək ki, Azərbaycanda orta illik inflyasiya ötən il 2,2 %, 2025-ci ilin yanvar-oktyabr aylarında isə 5,7 % təşkil edib. (Report)











