2025-ci ildə Azərbaycanda inflyasiya 4,52% təşkil edəcək.
FED.az xəbər verir ki, bu barədə "Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.
Birgə dərc edilən hesabatda “Bloomberg Consensus” isə Azərbaycanda bu il inflyasiyanı 5,05% proqnozlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində proqnozlaşdırıb.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə illik inflyasiyanı 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində, Azərbaycan Mərkəzi Bankı isə cari ildə 5,5 %, 2026-cı ildə 3,8 % inflyasiya proqnozlaşdırıb.
BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini gözləyir.
Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody’s” Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 % təşkil edib (Apa).