Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) olaraq məqsədimiz Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, Azərbaycandan və Türkiyədən olan iş adamlarının bir-biri ilə tanışdırılması, Türkiyədən gələn iş adamlarının və Azərbaycandan Türkiyəyə gedən iş adamlarımızın Türkiyə Səfirliyi vasitəsilə düzgün ünvanlara yönləndirilməsini təmin etməkdir.
ATİB-in nümayəndə heyəti “Ziraat Bank Azərbaycan”ı ziyarət edib - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.
Onun sözlərinə görə, ATİB bu sahədə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artmasında əlindən gələni edir: “Biz bununla da kifayətlənmirik, Azərbaycandan və ya Türkiyədən olan iş adamlarımızın qurulan bizneslərinə əlimizdən gələn dəstəyi veririk”.
“Cənab Prezidentimizin də bildirdiyi kimi əsas məqsəd sahibkarlığın inkişafına dəstək verməkdir. Çünki iqtisadiyyatın inkişafı üçün sahibkarlığın inkişaf etməsi lazımdır. Bildiyimiz kimi, yaxın günlərdə qanunvericilikdə yeni dəyişiklik olundu. Sahibkarlıqda yoxlamaların keçirilməsi ilə bağlı müddət 2027-ci ilin yanvar ayının birinə kimi uzandı. Bu, sui-istifadələrə yol açmamalıdır, biz sahibkar olaraq bu məsuliyyəti başa düşürük və etimadı doğrultmalıyıq. Biz əlimizdən gələni etməliyik ki, şirkətlərimiz daha da şəffaflaşsın", - deyə o, əlavə edib.
Sədr həmçinin ATİB-in fəaliyyətindən və görüşün əhəmiyyətindən də danışıb:
“ATİB 2002-ci ildən fəaliyyət göstərir, Azərbaycanda tarixən qədim olan ictimai birlikdir. 2002-ci ildə Türk İş Adamları Birliyi kimi, 2004-cü ildən isə Azərbaycan-Türkiyə İş Adamları Birliyi kimi fəaliyyət göstərir.
Bugünkü görüşümüzün məqsədi də odur ki, aramıza yeni üzvlərimiz daxil olub. Bu üzvlərimizin həm digər üzvlər, həm də hökümət nümayəndələri tərəfindən tanınmasıdır. Bu cür görüşlər, iş adamlarının bir-birilərini tanıması, əlaqələrin qurulması çün çox vacibdir. Biz ATİB olaraq bu cür görüşlərlə yanaşı, dövlət qurumları ilə qanunvericiliyə olunmuş dəyişikliklərlə əlaqədar müzakirələr etmək üçün də görüşlər keçiririk. Bu yaxınlarda bununla bağlı həm üzvlərimizin, həm də ictimaiyyətin iştirakı ilə daha bir konfrans keçiriləcək”.











