İqtisadiyyat

"EnterpriseAzerbaijan.com" ABŞ şirkəti ilə - Əməkdaşlığa Başlayır

"EnterpriseAzerbaijan.com" ABŞ şirkəti ilə - Əməkdaşlığa Başlayır | FED.az
11:48 21 İyun 2021

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "EnterpriseAzerbaijan.com" qlobal reytinqdə ən yüksək iqtisadi nəticələr üzrə lider olan ABŞ-ın "Techstars" akselerator proqramı ilə əməkdaşlıq üçün danışıqlar aparır.

Eləcə də bax: Türkiyənin məşhur holdinqi - Azərbaycana Pul Yatıracaq - İmzalanma

FED.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Məlumata görə, dünya üzrə məhşur "Techstars" 2006-cı ildə Koloradoda qurulmuş ABŞ-ın toxum akseleratorudur. Şirkət 3 əsas ideya ilə başlayıb – sahibkarlar gələcəyi yaradır, əməkdaşlıq innovasiyaları idarə edir və böyük startaplar hər an yaradıla bilər. Bu gün əsas missiya innovasiyaları hər yerdə və hər kəs üçün əlçatan etməkdir. "Techstars"ın əsas missiyası "startap" layihələrinin ilk mərhələsinin həyata keçirilməsi üçün toxum maliyyələşməsini təmin etməkdir.

2006-cı ildən "Techstars" 2 200-dən çox şirkətə sərmayə qoyub və bu gün üçün bazar kapitalı 27 milyard dollar təşkil edir.

Banner
Banner

Digər xəbərlər