2021-ci ildə qeyri-neft ixracı 2,7 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 47,2% çoxdur.
Eləcə də bax: Ötən ay yüksək iqtisadi dinamika müşahidə olunan sektorlar - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda Forumda bildirib.
“Qeyri-neft sənayesi məhsullarının ixracı 70% artıb. Qeyri-neft ixracının qeyri-neft ÜDM-ə nisbəti 8%-ə çatıb. Biz bu indiqatoru da izləməliyik”,- nazir deyib. (Marja)