Başqırdıstan iqtisadi baxımdan inkişafına və investisiya imkanına görə Rusiyanın subyektləri arasında 4-cü yeri tutur.
Azərbaycanla Başqırdıstan arasında 2 sənəd imzalanıb
FED.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda çıxışında Başqırdıstan Respublikasının Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov deyib.
O bildirib ki, Başqırdıstan kənd təsərrüfatı məhsullarının böyük istehsalı potensialına malikdir: “Başqırdıstanda ildə 400 min tondan çox süd və süd məhsulları, 450 min ton ət və ət məhsulları, 1 milyon tona yaxın günəbaxan yağı, 12 min ton bal istehsal olunur”.
Nazir bildirib ki, Başqırdıstan özü istehsal etmədiyi məhsulları Azərbaycandan almaq və Azərbaycanın ehtiyacı olan məhsulları ixrac etmək istəyir.
“Bunun üçün qarşılıqlı əlaqələrin genişləndirilməsi, iş adamlarının və biznes strukturlarının birgə layihələr üzərində işlərini təşkil etmək lazımdır. Başqırdıstan əhatəli dəmir yolu şəbəkəsinə malikdir. Hazırda geosiyasi vəziyyətin gərgin olması ilə əlaqədar biz Asiya bazarlarına çıxmaqda maraqlıyıq və Azərbaycan ərazisindən Hindistanla yanaşı digər ölkələrə məhsul ixrac edə bilərik”, - deyə İlşat Fazraxmanov qeyd edib. (Azərtac)