Bu ilin yanvar-aprel aylarında ilkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın qeyri-neft ixracı 26,5% artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, təkcə aprel ayında 62,5% artım qeydə alınıb.
"Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir", - nazir əlavə edib. (Apa)