"Türkiyə şirkətləri tərəfindən Azərbaycana 16, Azərbaycandan Türkiyəyə isə 20 milyard ABŞ dolları sərmayə qoyulub".
"Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub"
FED.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir:
"Bununla yanaşı, biz Xəzər bölgəsində, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin də Avropa bazarlarına çıxarılması üçün birlikdə çalışırıq". (Oxu.az)