Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir.
Azərbaycanla Rusiya arasında qida təhlükəsizliyi ilə bağlı saziş təsdiqlənib - FƏRMAN
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin oktyabrın 29-da keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bəzi hallarda iki ölkənin aidiyyəti qurumları arasında bu məsələdə fikir ayrılığı yaranır:
“Məhsulu burada yoxlayıb göndəriblər, amma Rusiyada aidiyyəti orqan da bu məhsulu yenidən yoxlayıb, ancaq rəy verməyib. Əgər iki ölkənin qurumu arasında bu cür fikir ayrılığı yaranırsa, məsələ necə həll ediləcək?
Çünki belə hadisələrdə ən çox əziyyət çəkən sahibkarlar olur. Hətta bəzi hallarda bu kimi məqamlar iki ölkə arasında münasibətlərə də təsir edə bilir. Ona görə layihədə bununla əlaqədar məsələ olmalıdır”. (Report)