2023-cü ildə Azərbaycanda dövlət standartlarının tətbiqi 2020-ci illə müqayisədə 6 dəfə artıb.
"Sahibkarların istehlakçılara qaytardığı vəsaitlər 9% artıb"
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, son illərdə ölkə iqtisadiyyatının müxtəlif sektorlarında standartların tətbiqi genişlənib.
“Ölkədə standartların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil olunması, iqtisadi fəaliyyətlərdə innovativ texnologiyaların tətbiqi, insanların həyat və sağlamlığının mühafizəsi, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş imkanlar yaradır”, - deyə M.Abbasbəyli vurğulayıb.